Bakıda iki nəfəri bıçaqlayan şəxs yaxalanıb

Bakıda iki nəfəri bıçaqlayan şəxs yaxalanıb
# 13 oktyabr 2014 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də Süleyman Rəhimov küçəsində naməlum şəxs bıçaqla Cəlilabad rayon sakinləri - 1979-cu il təvəllüdlü Nizaməddin Cəbiyevə, 1983-cü il təvəllüdlü Rəşad Məmmədova bıçaq xəsarətləri yetirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Renat Ağaverdiyev yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR