Hirkan Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB 1 - VİDEO

Hirkan Milli Parkında baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 29 iyul 2014 16:53 (UTC +04:00)

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ. İbrahimova qeyd edib ki, Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gələn yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib. ETSN-in və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində yanğının qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

***

13:52

Bakı. Hafiz Heydərov - APA. Hirkan Milli Parkında baş verən yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, yanğın bu gün saat 10.00 radələrində Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gəlib. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

Saat: 13:40

Bakı. Hafiz Heydərov - APA. Hirkan Milli Parkında yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar xəttinə Lənkəran rayonu, Hirkan Milli Parkında yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR