Tovuz və Şamaxıda bələdiyyə ərazisində baş verən yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb

Tovuz və Şamaxıda bələdiyyə ərazisində baş verən yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb
# 21 avqust 2014 06:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Avqustun 19-da Tovuz və Şamaxı rayonlarının kənd bələdiyyələrinə məxsus bir neçə ərazidə yanğın hadisəsi baş verib, quru ot örtüyü və kol kos yanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APa-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının və ETSN-in yerli qurumlarının birgə səyi nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR