Cəlilabadda yol qəzasında bir nəfər yaralanıb

Cəlilabadda yol qəzasında bir nəfər yaralanıb
# 01 avqust 2014 20:26 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 1-də günün ikinci yarısında Ələt-Astara magistralının 123-cü kilometrliyində qeydə alınıb. Saatlı rayon sakini Gərayın Qasımovun idarə etdiyi “VAZ-2106” markalı, 12 BC 335 dövlət nömrə nişanlı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Xaliq Nürüyevin idarə etdiyi Cəlilabad qaz istismar sahəsinə məxsus “Ford” markalı, 90 JS 203 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Güclü zərbə nəticəsində “VAZ-2106” markalı avtomobil tamamilə yararsız hala düşməklə bərabər, onun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə lazımi tibbi yardım göstərilib, bununla belə vəziyyəti orta-ağır olduğu qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR