Ağcəbədidə dəyirmanı talan edən şəxslər tutulub

Ağcəbədidə dəyirmanı talan edən şəxslər tutulub
# 07 mart 2019 12:18 (UTC +04:00)

Ağcəbədidə dəyirmandan mühərrik oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, cari ilin mart ayında bir qrup Ağcabədi rayon Qaravəlli kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək dəyirmandan elektrik mühərriklərinin oğurlanması barədə məlumat verib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Qalib Quliyev, Hacı Əzizov və Surxay Məmmədov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla vətəndaşlara 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR