Bayıl qəsəbəsinə su verilişində məhdudiyyətlər olacaq

Bayıl qəsəbəsinə su verilişində məhdudiyyətlər olacaq
# 09 mart 2018 08:36 (UTC +04:00)

Bu gün Bakının Bayıl qəsəbəsinə su verilişində məhdudiyyət olacaq.

Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar bu gün 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR