Bank Of Baku

BMT rəsmisi Azərbaycanın iqlim sahəsində töhfələrini yüksək qiymətləndirib

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen

© APA | BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen

# 05 iyun 2026 11:58 (UTC +04:00)

"Ərzaq itkisi və tullantısının artmasının da qarşısını almalıyıq. Bu bizə həm pula qənaət etməyə, həm də ətraf mühitə töhfə verməyə imkan verəcək”.

APA xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirdə deyib.

O bildirib ki, 10 milyonlarla dollar vəsait ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün xərclənir: “Biz təbiətdə olanda özümüzü xoşbəxt hiss edirik. Ənənəvi enerjidən imtina və yaşıl enerjiyə keçid bizim öhdəliyimizdir. Təbiət faciələrinə hazırlıqlı olmalıyıq. Biz 0 emissiyalar və 0 temperatur artımına nail olmalıyıq. Hər kəs iqlim böhranı ilə mübarizə aparmalıdır. Planetimiz bizə siqnal verməklə yanaşı, mesaj verir ki, biz onun sonuna yaxınlaşırıq. İqlim məsələsinə görə bu gün minlərlə insan öz səsini eşitdirir”.

O, Azərbaycanın bu sahədə töhfələrini yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR