Bank Of Baku

Saymon Stil: COP29-da razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfinə nail olunmalıdır

Saymon Stil: COP29-da razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfinə nail olunmalıdır
# 05 iyun 2026 12:26 (UTC +04:00)

COP29 Sədrliyi dövründə razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfinin həyata keçirilməsi istiqamətində Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm.

APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib.

O bildirib ki, bu il Ümumdünya Ətraf Mühit Günündə bütün dünya üçün əsas mövzu iqlim fəaliyyətidir.

Saymon Stil qeyd edib ki, iqlim fəaliyyəti iqtisadi sabitlik, milli təhlükəsizlik və bütün dünyada insanların rifahı üçün vacibdir: “Biz bu dinamizmdən istifadə etməli və elmin tələb etdiyi sürətlə hərəkət edərək, fəaliyyətimizi sürətləndirməli, icmaları gücləndirməli və insan həyatlarını qorumalıyıq”.

O vurğulayıb ki, Azərbaycanın COP29 Sədrliyi dövründə razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfinin həyata keçirilməsinə nail olunmalıdır: “Bu istiqamətdə Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm. Bu sahədə beynəlxalq əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Ölkələr öhdəlikləri real layihələrə çevirmək üçün birlikdə çalışmalıdırlar. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin təmiz enerji və iqlim dayanıqlılığına keçid üçün ehtiyac duyduğu maliyyəni təmin etmək məqsədilə 1,3 trilyon ABŞ dollarına aparan yol xəritəsinin reallığa çevrilməsi deməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR