Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib.
APA xəbər verir ki, bunu Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib.
O bildirib ki, Serbiya Dünya Ətraf Mühit Günü 2027-yə ev sahibliyi etməyə hazırdır, Belqrad qlobal ekoloji gündəliyə sadiqdir.
“Azərbaycanın Dünya Ətraf Mühit Gününə yüksək səviyyədə ev sahibliyi etməsi gələcək təşkilatçılar üçün nümunədir. Dünya Ətraf Mühit Günü 2027-nin Belqradda keçirilməsi Serbiya üçün həm şərəf, həm də böyük məsuliyyətdir”, - nazir əlavə edib.
Eyni zamanda, serbiyalı nazir beynəlxalq ictimaiyyəti iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə daha sıx əməkdaşlığa çağırıb.