Dünya elektrik mühərriklərə keçir: Biz Aİ-92 və dizellə nə edəcəyik? - TƏHLİL

Dünya elektrik mühərriklərə keçir: Biz Aİ-92 və dizellə nə edəcəyik? - TƏHLİL
# 11 iyun 2024 15:56 (UTC +04:00)

Hər dəfə işıqforda və ya tıxacda dayananda düşünürsən: Mən niyə elektrik, yaxud hibrid avtomobildə oturmamışam? Bu sual insanın ağlına boş yerdən gəlmir. Çünki düşünürsən ki, ənənəvi avtomobillərdən istifadə külli miqdarda yanacaq sərfi deməkdir, bu isə ətraf mühitə böyük ziyan vurur və sağlamlığımız üçün zərərlidir.

Sadə sözlə desək, dərk edirsən ki, təmiz hava ilə nəfəs almaq işlənmiş qazlarla nəfəs almaqdan daha xoşdur.

20-ci əsrin əvvəllərində at qoşqusu ilə hərəkət edən nəqliyyat vasitələrindən daxili yanma mühərrikləri (DYM) olan avtomobillərə kütləvi keçid baş verdi. 21 əsrin əvvəllərində isə biz daha bir keçidin astanasındayıq: DYM-i olan ənənəvi avtomobillərdən elektromobillərə və hibrid nəqliyyat vasitələrinə keçid...

Keçid dövründə həm köhnə, həm də yeni avtomobillər hələ ki zolaqlarda yan-yana hərəkət edir. Lakin zaman keçdikcə “köhnələr” yerini “yenilərə” vermək məcburiyyətində qalacaq.

Bu təbii prosesin tərəfdarları olduğu kimi, yeniliyi qəbul etməkdə çətinlik çəkənlər də az deyil. Lakin bu prosesdə bir ümdə məsələ diqqətdən qaçmamalıdır: Daxili yanma mühərrikli avtomobillərdən imtina tərəqqi və ekoloji təmiz gələcək deməkdir.

Araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində avtomobillərdən ayrılan zəhərli qazlar təşkil edir ki, bunlar da insanlarda onkoloji və digər bir sıra xəstəliklərə səbəb ola bilir.

Qeyd edək ki, bütün dünyada daxili yanma mühərrikli avtomobillərdən imtina edərək elektromobillərin xeyrinə müxtəlif formada işlər aparılır. Belə ki, BMT və digər aidiyyəti qurumlar tərəfindən nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır.

Nəzərə almaq lazımdır ki, avtomobillərin çoxalması nəticəsində havanın çirklənmə dərəcəsi də artır, bu da elektromobillərə keçidin sürətləndirilməsini daha da zəruri edir.

Atmosferə atılan zərərli qazların emissiyasını azaltmaq və elektromobillərə keçidi sürətləndirmək üçün əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır. Dizel yanacağının istehlakının azaldılması məqsədilə isə onun qiyməti benzinin qiymətindən yüksəkdir.

Hazırda elektromobillərin istehsalına keçid üçün beynəlxalq səviyyədə fəal tədbirlər həyata keçirilir.

Bunun bariz nümunəsi odur ki, Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatı artıq 2035-ci ildən mümkün olmayacaq. Bununla yanaşı, iri istehsalçılar artıq “premium” markalı elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına yönəlib.

Atmosferə atılan tullantıların azaldılması baxımından yanacağın keyfiyyətinin yaxşılaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə də fəal iş aparılır.

Emissiyaların ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın keyfiyyəti artırılmalıdır. Bu baxımdan “Avro-5” ekoloji standartlarının tətbiqi zəruridir. Bu standartın tətbiqi isə bir sıra müsbət nəticələr əldə etməyə imkan verir.

Belə ki, “Avro-5” standartına uyğun yanacağın istifadəsi, işlənmiş qazın tüstüsünü azaldır, yanma məhsullarının ətraf mühitə tullanmasını minimuma endirir, yanacağın maksimal dərəcədə yanması təmin edilir. Bununla yanaşı, mühərrikdə və yanacaq sistemində səs-küy və vibrasiya azalır, korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakında azalma baş verir.

Elektrik və hibrid avtomobillərə keçid, avtomobil emissiyalarının azaldılması istiqamətində qlobal səviyyədə aparılan işlərdən danışarkən bir sual yaranır: Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir, hansı işlər aparılır və nə kimi planlar var?

Qeyd etmək lazımdır ki, 2035-ci ildən benzin və dizel mühərrikli avtomobillərin istehsalının dayandırılmasını nəzərə alaraq, ölkəmizdə də istehsal və idxal bu istiqamətə uyğunlaşdırılır.

Bununla yanaşı, avtomobil sənayesinin strukturu dəyişdikcə müəyyən yanacaq növlərinin istehsalının daha keyfiyyətli yanacaqlarla əvəzlənməsi prosesi həyata keçirilir. Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır, bu işlər çərçivəsində ölkədə “Avro-5” standartlarına uyğun yanacaq istehsalının həyata keçirilməsi də nəzərdə tutulur.

Onu da əlavə etmək lazımdır ki, ölkəmizdə olan avtomobillərin strukturunda da Aİ-92 markalı yanacaq işlədən avtomobillərin payı azalır.

Lakin statistika göstərir ki, Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ölkəyə 50,6 min, 2022-ci ildə 35,1 min, 2023-cü ildə isə 38,7 min benzin mühərrikli avtomobil idxal olunub. Dizel mühərrikli avtomobillərdə isə bu rəqəm müvafiq olaraq 21,4 min (2021), 21,8 min (2022), 32,1 min (2023) ədəddir.

Göründüyü kimi, dizel mühərrikli avtomobillərin ölkəyə idxalında artım var. Bu isə narahatlıq yaratmaya bilməz. Çünki dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. Bu amil nəzərə alınaraq, dizel yanacağından istifadənin azaldılması vacibdir və bu, təşviq olunmalıdır.

Bundan başqa, benzin yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri sürətləndirilməli, bu sahəyə investisiyalar artırılmalıdır.

Ekoloji tələblər nəzərə alınaraq “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsal edilməlidir.

Növbəti mərhələdə isə artıq Aİ-92 yanacağından istifadədən imtina olunmalıdır. Qeyd edək ki, gələcəkdə ölkədə Aİ-92 benzininin bütövlükdə Aİ-95 ilə əvəzlənməsi hədəflənib. Həmçinin, dizeldən istifadənin ekoloji zərəri nəzərə alınaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə hazırkı mərhələdə onlar arasındakı qiymət fərqi azaldılıb.

Atılmış vacib addımlardan biri də paytaxtda ictimai nəqliyyatda ekoloji təmiz sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslardan istifadədir.

Lakin regionlarda da ictimai nəqliyyatda CNG (sıxılmış təbii qaz) və elektrik mühərrikli avtobuslara keçid olmalı, bu proses sürətləndirilməlidir.

Qeyd olunanlarla paralel atılmış müsbət addımlara və bunun uğurlu nəticələrinə də diqqət yetirmək lazımdır.

Xüsusi vurğulanmalıdır ki, son illərdə Azərbaycana avtomobil idxalında hibrid və elektrik mühərrikli avtomobillərin sayında artım müşahidə edilib. Əgər 2021-ci ildə ölkəyə 12,9 min ədəd hibrid avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 14,1 min ədəd təşkil edib. Elektromobillərin idxalında isə kəskim artım qeyd olunub. Belə ki, 2021-ci ildə elektromobillərin ölkəyə idxalı 0,2 min səviyyəsində idisə, 2023-cü ildə bu göstərici 3,1 min ədədə yüksəlib.

Azərbaycanda bir neçə ildir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər, yeni stansiyaların qurulması və infrastrukturun yaradılması istiqamətində görülən işlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə daxili yanma mühərriklərindən imtina faizinin artacağı şübhə doğurmur. Daxili yanma mühərriklərindən imtina ekoloji baxımdan sərfəli olduğu kimi, COP-29-a ev sahibliyi edəcək ölkə olaraq Azərbaycanın bu sahədə də dünyaya nümunə olması, ölkənin imici və əhalinin sayı baxımından vacibdir.

Yuxarıda da qeyd olunduğu kimi, unutmaq olmaz ki, daxili yanma mühərriklərinin fəsadları çoxdur, ən əsası, o, onkoloji xəstəliklərə səbəb olur. Elektrik avtomobillərinə keçid həm də bu problemin böyük ölçüdə qarşısının alınmasına kömək etmiş olacaq.

Elektrik və hibrid avtomobillərdən istifadənin stimullaşdırması istiqamətində atılan addımlarla yanaşı, insanların daxili yanma mühərriklərindən imtinası ilə bağlı maarifləndirmə aparılmasına da ehtiyac var. Vətəndaşlar daxili yanma mühərriklərindən istifadənin, avtomobillərdən ayrılan karbon emissiyalarının həm öz sağlamlığına, həm də ətraf mühitə nə qədər ziyanlı olduğunu bilməlidirlər. Bundan başqa, əhali elektrik avtomobillərinə keçid üçün lazımı infrastrukturun yaradılması, yeni stansiyaların, o cümlədən elektromobillərin enerji doldurucularının 3-4 il sonra sıradan çıxması halları nəzərə alınaraq, utilizasiya müəssisələrinin qurulması, bir sözlə, elektrik və hibrid avtomobillərdən istifadə üçün lazım olan imkanların yaradılması barədə məlumatlı olmalıdır.

Lakin bu məsələdə bir mühüm məqamı da vurğulamaq lazımdır. Razılaşsaq da, razılaşmaq da, əhalinin ənənəvi avtomobillərdən imtina etməməsinin əsas səbəblərindən biri hazırda Azərbaycanda Aİ-92 markalı benzin və dizelin qiymətlərinin ucuz olmasıdır.

Məhz bu səbəb qeyd olunan zərərli yanacaq növlərindən uzun müddət istifadəni labüd edir.

Aİ-92 markalı benzin və dizel yanacağı ölkədə istehsal olduğu üçün vergidən azaddır, bu səbəbdən qeyd olunan yanacaq növlərinin qiymətin aşağıdır.

Müqayisə üçün 50 ölkədə hansı yanacaq növündən istifadə edildiyi, eyni zamanda yanacağın qiymətinin əks olunduğu cədvəllə tanış olaq:

Benzin və dizel yanacağının qiymətləri barədə müqayisəli cədvəl:

manat/litr

N

Ölkə

Benzin (Avro 92)

Benzin (Avro 95)

Dizel

1

Albaniya

-

3.33

3.37

2

Almaniya

-

3.44

3.05

3

Andora

-

2.69

2.63

4

Avstriya

-

3.00

2.94

5

Belçika

-

3.24

3.29

6

Birləşmiş Krallıq

-

3.20

3.70

7

Bolqarıstan

-

2.52

2.52

8

Bosniya və Herseqovina

-

2.54

2.52

9

Çexiya

-

2.87

2.74

10

Danmarka

-

3.55

3.11

11

Estonia

-

3.22

2.85

12

Finlyandiya

-

3.37

3.18

13

Fransa

-

3.46

3.14

14

Xorvatiya

-

2.74

2.54

15

İrlandiya

-

3.26

3.14

16

İslandiya

-

3.62

3.73

17

İspaniya

-

3.02

2.72

18

İsveç

-

2.98

2.89

19

İsveçrə

-

3.57

3.64

20

İtaliya

-

3.44

3.16

21

Kipr

-

2.85

2.87

22

Latviya

-

3.09

2.91

23

Litva

-

2.80

2.63

24

Lüksemburq

-

2.91

2.72

25

Macarıstan

-

2.89

2.87

26

Malta

-

2.46

2.23

27

Montaneqro

-

2.89

2.59

28

Moldova

-

2.41

1.99

29

Niderland

-

4.03

3.44

30

Norveç

-

3.57

3.18

31

Polşa

-

2.85

2.85

32

Portuqaliya

-

3.31

3.00

33

Rumıniya

-

2.61

2.63

34

San Marino

-

3.24

2.96

35

Serbiya

-

3.07

3.16

36

Slovakiya

-

2.98

2.78

37

Slovenyia

-

2.83

2.72

38

Şimali Makedoniya

-

2.48

2.19

39

Yunanıstan

-

3.55

3.03

40

Türkiyə

-

2.25

2.12

41

Ukrayna

2.26

2.42

2.30

42

Rusiya

0.88

1.05

1.23

43

Belarus

1.17

1.23

1.23

44

Gürcüstan

1.94

2.06

2.02

45

Ermənistan

2.16

2.34

2.38

46

Azərbaycan

1.00

2.00

0.80

47

Qazaxıstan

0.78

1.01

1.12

48

BƏƏ

-

1.39

1.33

49

Küveyt

-

0.59

0.63

50

Oman

-

1.10

1.14

Cədvəldən də göründüyü kimi, əksər ölkələrdə artıq Aİ-92 markalı benzindən istifadə olunmur. Aİ-92 markalı benzinin və dizelin qiyməti isə digər ölkələrə nisbətən Azərbaycanda daha ucuzdur. Təbii ki belə olan halda əhalinin ucuz yanacaqdan imtina etməsi o qədər də inandırıcı görünmür. Elektrik və hibrid avtomobillərə keçiddə əsas maneələrdən biri məhz bu amildir.

Qeyd olunduğu kimi, Aİ-92 markalı benzin və dizel yanacağı ölkədə istehsal olduğu üçün vergidən azaddır, bu səbəbdən də qiymət aşağıdır.

Qiymət məsələsində baxılması bu yanacaq növlərindən istifadənin azalmasına, elektromobillərə və hibrid maşınlara keçidin sürətlənməsinə müəyyən töhfə verə bilər.

Bu istiqamətdə vergi rüsumlarının tətbiqi variantı üzərində də dayanmaq olar. Vergi rüsumlarının tətbiqi qeyd olunan yanacaq növlərinin qiymətinin müəyyən qədər artmasına səbəb olacaq və insanları onlardan imtina etmək barədə düşündürəcək.

Eyni zamanda bu yanacaq növlərindən istifadənin ekologiyaya, insan sağlamlığa vurduğu ziyan, onun fəsadları mütəmadi izah edilməlidir. Yalnız belə olan təqdirdə insanlar zərərli yanacaqdan imtina barədə düşünəcək, elektromobillərin daha sərfəli, daha əlverişli olduğunu anlayıb, ona üstünlük verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR