Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşüb
# 14 aprel 2016 15:26 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, İƏT-in XIII Zirvə toplantısnda qəbul edilən qərarların həyata keçirilməsinə Azərbaycan və Türkiyənin verəcəyi dəstək, regionda və dünyada baş verən hadisələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR