Azərbaycan MN: Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb, bir əsgərimiz şəhid olub - VİDEO

Azərbaycan MN: Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb, bir əsgərimiz şəhid olub - <span style="color: red;">VİDEO
# 12 mart 2015 06:36 (UTC +04:00)

Bakı - APA. Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.

Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR