İyunda daşınmaz əmlakın icbari sığortasından daxilolmalar azalıb

İyunda daşınmaz əmlakın icbari sığortasından daxilolmalar azalıb
# 06 iyul 2017 08:26 (UTC +04:00)

2017-ci ilin iyun ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 7036 sığorta müqaviləsi bağlanıb. İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 808 636 manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5038-i yaşayış evləri və mənzillər, 22-si inzibati binalar, 1976-sı isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 40% və 33% azalma müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 163, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 3 sığorta müqaviləsi bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR