Goranboyda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 21 noyabr 2016 01:45 (UTC +04:00)

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəzada ölən və yaralıların kimlikləri məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü Murad Nəzərovdur. Goranboy rayon mərkəzi xəstəxanaya yerləşdirilən yaralılar isə Kəlbəcər rayon sakinləri 1986-cı il təvəllüdlü Rövşən Şahnəzərov, 1976-cı il təvəllüdlü Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərovdur. Yaralılardan A. Şahverdiyevin vəziyyəti normal, digər iki nəfərinki isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, noyabr ayının 21-də saat 01.30 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan “Kamaz” yolun hərəkət hissəsində dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza zamanı minik avtomobili yanıb. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

03:24

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

“KamAZ” markalı yük maşın hərəkət zolağında dayanan “Mercedes”-ə çırpılıb. Toqquşmadan sonra "Mercedes" yanıb.

İlkin məlumata əsasən, qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb, maşında olan 3 sərnişin xəsarət alıb. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR