Bakıda ahıl kişi qonaq getdiyi evdə yıxılaraq ölüb

Bakıda ahıl kişi qonaq getdiyi evdə yıxılaraq ölüb
# 19 mart 2020 08:35 (UTC +04:00)

Bakının Xətai rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib. 83 yaşlı Mehdiyev Əkbər Mehdi oğlu ailəsi ilə birlikdə Əhmədli qəsəbəsində yaşayan qohumugilə qonaq gedib.

Ahıl kişi həmin evdə naməlum şəraitdə yıxılıb. Ağır xəsarət alan Ə.Mehdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, ölüb. Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR