Azərbaycanda 12 mindən çox tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin edilir

Azərbaycanda 12 mindən çox tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin edilir
# 21 aprel 2015 08:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda ƏƏSMN-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmətçiləri tərəfindən evlərində sosial-məişət xidməti ilə təmin olunan belə şəxslərin sayı 12 891 nəfər təşkil edir. Onların 10 602 nəfəri 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlardır.

Sosial-məişət xidməti göstərilənlərin 8 045 nəfəri şəhər və qəsəbələrdə, qalanları isə kənd yerlərində yaşayır.

Müvafiq qanunvericiliyə uyğun olaraq, sosial xidmətçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, onların ev təsərrüfatında təmizlik və abadlıq işlərini yerinə yetirir, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR