BTQ xətti ilə indiyədək 12 minə yaxın konteyner daşınıb

BTQ xətti ilə indiyədək 12 minə yaxın konteyner daşınıb
# 11 mart 2020 14:10 (UTC +04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə (BTQ) 2017-2020-ci illər ərzində 11 846 konteyner (20 futluq ekvivalent – TEU) daşınıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Caspian European Club"ın Bakıda təşkil etdiyi Beynəlxalq "Transport B2B Forum"u çərçivəsində "ADY-Konteyner" MMC-nin biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov jurnalistlərə bildirib.

"2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi ilbəil artır", - deyə R. Məcidov qeyd edib.

Onun sözlərinə görə, hesabat dövründə sözügedən dəmir yolu xətti ilə daşınan konteynerlərin 9 105-i tranzit yüklərin payına düşüb. Nəql edilən konteynerlərin qalan hissəsi isə idxal və ixrac edilən yüklər olub.

R. Məcidov onu da qeyd edib ki, 2019-cu ildə BTQ ilə 5 907 konteyner daşınıb, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 43% çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində BTQ ilə 1 542 konteyner nəql edilib ki, onlardan 1 165-i tranzit yüklərin payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR