Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib.
“Ethereum” 1,26% artaraq 2 434,35 dollara, BNB 1,61% bahalaşaraq 725,57 dollara, “Zcash” isə 22,37% yüksələrək 1 383,19 dollara çatıb. “Bittensor” 2,89%, “Bitcoin Cash” isə 0,48% bahalaşıb.
“Monero” son sutkada 1,30% ucuzlaşaraq 500,35 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda isə eniş davam edib. “PAX Gold” (PAXG) 1,11% azalaraq 4 286,28 dollara, “Tether Gold” (XAUT) isə 1,01% geriləyərək 4 284,63 dollara düşüb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,92% artaraq 157,78 bənd təşkil edib. Kriptovalyuta bazarının ümumi kapitallaşması isə 2,61 trln. dollar səviyyəsindədir.
Bazarda qısamüddətli bərpa əsasən son enişlərdən sonra alıcı aktivliyinin artması ilə əlaqələndirilir. Bununla yanaşı, investorların diqqəti ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, dolların dinamikası və qlobal risk iştahına yönəlib. Qızıl əsaslı rəqəmsal aktivlərdəki geriləmə isə ənənəvi qızıl bazarındakı qiymət hərəkəti ilə paralel davam edir.