Füzulidə yanğın olub

Füzulidə yanğın olub
# 30 may 2016 20:26 (UTC +04:00)

Bakı-APA. Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha və təmas xətti boyunca 70 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rayonun Aşağı Seydəhmədli kəndində isə təmas xətti boyunca 200 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR