Sumqayıt şəhər dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub

Sumqayıt şəhər dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub
# 19 oktyabr 2015 11:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhər dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Sumqayıt şəhər dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 39 ədəd rels altlığı oğurlamış Fərid Quliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR