MDB ölkələri Tacikistanda birgə antiterror təlimi keçirəcək

MDB ölkələri Tacikistanda birgə antiterror təlimi keçirəcək
# 19 oktyabr 2016 13:28 (UTC +04:00)

Bakı - APA. Gələn il MDB-yə üzv dövlətlər Tacikistanda birgə antiterror təlimi keçirəcək.

APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, bunu MDB-nin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib.

Təlim təhlükəsizlik və xüsusi xidmət orqanlarının sosial şəbəkələrdə beynəlxalq terror təşkilatlarına qarşı birgə fəaliyyətinə həsr olunacaq. A. Novikov deyib ki, təlim məkanı geopolitik situasiya və yüksək terror təhlükəsi səbəbindən Mərkəzi Asiya regionu seçilib. Hazırda təlimin mövzusu və iştirakçıların tərkibi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR