Gürcüstan hərbçiləri “TurAz Qartalı” təlimlərini izləyib - FOTOSESSİYA

Gürcüstan hərbçiləri “TurAz Qartalı” təlimlərini izləyib - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2017 10:54 (UTC +04:00)

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2017” təlimləri çərçivəsində birgə taktiki uçuş təlimləri davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlərə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25”, “C-130 Herkules”, “A-400 M”, “CASA CN-235” təyyarələri və “Mi-35”, “Mi-17”, “Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi qatılıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev bildirib ki, təlimlərdə iki ölkənin hərbi hava qüvvələri birləşmiş əməliyyatların planlaşdırılaraq həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, birgə hava döyüşləri, yer hədəflərinə hücum, hava hücumundan müdafiə sistemlərinə qarşı birgə döyüş fəaliyyətinin aparılması, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər.

Təlimlərdə Türkiyədən 170-dən çox şəxsi heyət iştirak edir. Bu gün təlimlər çərçivəsində F-16, MiQ-29 və Su-25 döyüş təyyarələri şərti hədəfi məhv etmək üçün birlikdə havaya qalxıblar. Həmçinin, MiQ-29 və F-16 təyyarələri birgə olaraq uzaq, orta və yaxın məsafəli şərti hava döyüşü tədbirlərini icra ediblər. Azərbaycan pilotları Türkiyə təyyarələrində, türk “şahinləri” isə bizim təyyarələrdə uçuşlar həyata keçiriblər.

Gürcüstan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimləri izləmək üçün aerodroma gəlib. Məqsəd gələcəkdə Gürcüstan təyyarəçilərinin də “TurAz Qartalı” təlimlərinə qoşulmasını müzakirə etməkdir.

Bunda başqa, Mingəçevir məktəbliləri də təlimləri izləmək üçün aerodroma gəliblər.

Birgə taktiki təlimlər sentyabrın 30-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR