Umayra Tağıyeva: “Bu il iyul və avqust aylarında anomal istilər müşahidə olunacaq”

Umayra Tağıyeva: “Bu il iyul və avqust aylarında anomal istilər müşahidə olunacaq”
# 01 iyun 2018 10:00 (UTC +04:00)

“Bu il iyul və avqust aylarında anomal istilər müşahidə olunacaq”.

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, həmin aylarda havanın temperaturu normadan xeyli fərqlənəcək: “Yay aylarında anomal istilər insanların səhhətinə ciddi mənfi təsir göstərir. 2006-cı ildə anomal istilərə görə ,çağırışların sayı 24 faiz artmışdı. Bu da onu göstərir ki, anomal istilər təhlükəlidir. Əhaliyə müraciət etmək istəyirik ki, anomal istilərdə günəş şüaları altında qalmaq olmaz. Anomal isti yay aylarında günorta saatlarında 11-dən 5-dək günəş şüaları altında qalmaq risklidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR