Göyçayda nar bağları və taxıl sahələri yanıb - FOTOSESSİYA - VİDEO

Göyçayda nar bağları və taxıl sahələri yanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 iyul 2015 22:48 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə iyulun 13-ü axşam saatlarından başlayaraq dağlıq ərazidə baş verən yanğın qısa müddətdə geniş ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması və alovun yaxınlıqdakı mal-qara fermasına, evlərə, kafelərə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görülüb. Havanın qaranlıq və küləkli olması, ərazinin dağlıq və kol-koslu olması yanğınsöndürənlərin işinə mane olsa da yanğının genişlənməsinin qarşısı alınıb.

Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə Bığır və Qarayazı kəndləri ərazisində vətəndaşlara məxsus nar bağlarında və taxıl sahələrində 3 gündür ki, fasilələrlə yanğınlar baş verir. Yanğınsöndürənlər alovun qarşısını alaraq yanğını tamamilə söndürsələr də sonradan naməlum səbəbdən həmin ərazidə yenidən yanğınlar baş verir. Məlumata görə, son 3 gündə həmin ərazidə ümumilikdə 12 hektar nar bağı, 15 hektar taxıl sahəsi, kol-kos, xırda ağaclar yanıb. Yanğınların hansı səbəbdən baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR