Ölkəmizə idxal olunan malların etiket və adlarında Azərbaycan dilində məlumatlar yazılacaq

Ölkəmizə idxal olunan malların etiket və adlarında Azərbaycan dilində məlumatlar yazılacaq
# 10 aprel 2013 08:27 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ölkə prezidenti İlham Əliyevin dünən imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub.

Proqrama əsasən, xaricdən idxal olunan məhsulların üzərində Azərbaycan dilində məlumatların olmasına nəzarət İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək.

Bununla yanaşı, Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənil­məsi, sistemləşdirilməsi və tətbiqinin genişləndiril­mə­si ilə bağlı tədbirlər də həyata keçiriləcək. Ölkədə tədrisin digər dillərdə aparıldığı ümum­təhsil müəs­sisələrində döv­lət dili tədris olunacaq. Bu işin həyata keçirilməsi AMEA və Təhsil Nazirliyinə həvalə olunub. Həmçinin ölkədə qədim dünya dillərinin və qədim mə­də­niyyətlərin öyrənil­mə­si üçün yeni layihələr hazırlanacaq. 2013-2020-ci illər ərzində türk dillərinin fonetika, leksika və qrammatikasının mü­qayisəli tədqiqi sahəsində işlərin inten­siv­ləş­di­ril­mə­si, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması AMEA və Təhsil Nazirliyinə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR