Gürcüstanın xarici işlər naziri: “Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı nümunəvidir” - FOTO

Gürcüstanın xarici işlər naziri: “Azərbaycanla Gürcüstanın strateji  tərəfdaşlığı nümunəvidir” - <span style="color: red;">FOTO
# 19 mart 2013 12:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə deyib.

M. Pancikidze indiyə qədər 5000-dən çox Ahıska türkünün Gürcüstana qayıtmaq üçün rəsmi müraciət etdiyini söyləyib.

Rusiya vətəndaşları üçün viza rejimini ləğv etdiklərini xatırladan nazir, Rusiyanın da öz növbəsində viza rejimini liberallaşdırmasını istədiklərini və səfir Zurab Abaşidzenin bu məsələni Rusiya tərəfi ilə müzakirə etdiyini deyib. Gürcü şərablarının Rusiyaya ixracına toxunan M. Pancikidze bu yaxınlarda Rusiyadan xüsusi komissiyanın bu barədə müzakirə aparmaq üçün Gürcüstana gəldiyini xatırladıb. O, 36 növ gürcü şərabı və 4 növ mineral suların Rusiyaya ixracına dair razılıq əldə olunduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR