Bank Of Baku

BVF: Suveren borclar problemi böhranın ikinci fazasına səbəb ola bilər

BVF: Suveren borclar problemi böhranın ikinci fazasına səbəb ola bilər
# 21 aprel 2010 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dövlətlərin büdcə kəsirlərinin genişlənməsi nəticəsində suveren borcların yaranması problemi böhranın ikinci mərhələsinə səbəb ola bilər. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) dünya maliyyə sabitliyinə dair hazırladığı hesabatda deyilir.

Hesabatda vurğulanır ki, suveren borcların artması dünya maliyyə sabitliyi üçün hazırda ən əsas təhlükədir, böhranın yeni mərhələsinə imkan yaratmamaq üçün ölkə hökumətləri vergi və fiskal siyasət, həmçinin borcların artım tempinin saxlanılması ilə bağlı tədbirlər görməlidir.

BVF bir sıra ölkələrdə borclar problemi səbəbində iqtisadiyyatın dəstəklənməsi proqramlarının dayandırılacağını istisna etmir, bu da iqtisadiyyatın bərpa tempini azalda bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl BVF tərəfindən dünya iqtisadiyyatının 2010-cu ildə artımı üzrə proqnozun 3,9%-dən 4%-dək artırılacağı barədə məlumatlar yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR