Bank Of Baku

«NBCBank» depozit məhsullarının çeşidini genişləndirib

«NBCBank» depozit məhsullarının çeşidini genişləndirib
# 21 aprel 2010 08:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» ASC bankın 17 illiyi ilə əlaqədar əmanətçilərə «NBC 17» adlı yeni əmanət növünü təqdim edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «NBC 17» depozitini 1-5 il müddətinə manat, dollar və avroda yerləşdirmək mümkündür. Buə manət növü üzrə vəsait yatıran müştərilər bank tərəfindən keçiriləcək «NBC 17» adlı lotereyada iştirak etmək şansı qazanır. Lotereyeda müxtəlif qiymətli hədiyyələr və bonuslar oynanılır. Belə ki, lotoreyanın birinci qalibi illik əmanət faizinə əlavə 3%, ikinci qalib 2%, üçüncü və dördüncü qaliblər 1% alacaq. Beşinci, altıncı, yeddinci qalibə isə bank tərəfindən hədiyyə təqdim ediləcək.
Cari ildə uduş kampaniyası üzrə iki tiraj - birincisi avqustun 17-də, ikincisi dekabrın 17-də keçiriləcək. Hər əmanətçiyə kampaniyada iştirak etmək üçün lotoreya bileti təqdim olunacaq.
Qeyd edək ki, «NBC 17» əmanətinin minimal məbləği 500 manat (dollar, avro) olmalıdır. Bu əmanət müddətin sonuna 3 ay qalanadək istənilən vaxt (hər ay 100%-ə qədər) artırıla bilər. «NBC 17» əmanətinə vəsait yerləşdirən hər bir əmanətçi illik 17% gəlir əldə etməklə yanaşı, illik 24% qazanmaq imkanı da əldə edir. Həmçinin, əmanətçiyə əmanətə hesablanmış faizləri istənilən vaxt götürmək imkanı verilir. Bu zaman əmanətin faiz dərəcəsi dəyişmir. Əmanətçinin istəyindən asılı olaraq faizlər kart hesabına köçürülə bilər. Bundan əlavə, əmanətçi kredit və ya kredit xətti də ala bilər. «NBC 17»nin bütün əmanətçilərinə bank tərəfindən pulsuz «Visa» plastik kartları verilir.
Xatırladaq ki, «NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,343 mln. manat, kredit portfeli 39,184 mln. manat, depozit portfeli 6,777 mln. manata, məcmu kapitalı 16,807 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat təşkil edib. Bankın ölkə üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR