Bank Of Baku

«AccessBank» bu ilin I rübündə mənfəətini 68% artırıb

«AccessBank» bu ilin I rübündə mənfəətini 68% artırıb
# 21 aprel 2010 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 324,470 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 41,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,7 dəfə genişlənərək 61,963 mln. manata, kredit portfeli 36,7% artaraq 250,405 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 30,5% artaraq 16,616 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 44,3% artaraq 67,320 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 41,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 94,3% artaraq 19,969 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 14,076 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 68% artaraq 5,893 mln. manata çatıb.

Bu müddət ərzində bank tərəfindən əlavə 1 filial açılıb, həmçinin 5 bankomat və 7 POS-terminal quraşdırılıb. Bu dövr ərzində bankda çalışan işçilərin sayı 17% artaraq cari ilin aprel ayının 1-nə 1054 nəfər təşkil edib.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 25 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR