Bank Of Baku

İslandiya vulkanı ABŞ iqtisadiyyatına 650 mln. dollar zərər vurub

İslandiya vulkanı ABŞ iqtisadiyyatına 650 mln. dollar zərər vurub
# 21 aprel 2010 10:20 (UTC +04:00)
Bakı - APA-Economics. İslandiyada baş verən vulkan nəticəsində meydana gələn kül dumanı ABŞ iqtisadiyyatına son 5 gün ərzində 650 mln. dollar zərər vurub.

APA-Economics”in məlumatına görə, bu barədə ABŞ Turizm Assosiasiyası məlumat yayıb.

“İqtisadiyyatın böyük itkiləri – orta hesabla bir günə 130 milyon dollar – dünyanın bir çox ölkələrinin turizm biznesindən nə dərəcədə asılı hala düşdüyünü və hava məkanının bağlanması haqda qərarların hansı səviyyədə vacib ola biləcəyini göstərdi” – deyə ABŞ Turizm Assosiasiyasının prezidenti Rocer Dou bildirib.

Onun sözlərinə görə, aviaşirkətlər reyslərin 78%-ni təxirə salıblar: “Test uçuşları sübut etdi ki, Avropanın hava məkanının tam qapadılması barədə qərar tələsik addım idi. Amma istənilən halda sərnişinlərin təhlükəsizliyi aviaşirkətlərin başlıca vəzifəsi olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR