Bank Of Baku

Azərbaycan Asiya İnkişaf Bankının növbəti illlik toplantısında iştirak edəcək

Azərbaycan Asiya İnkişaf Bankının növbəti illlik toplantısında iştirak edəcək
# 21 aprel 2010 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 1-4-də Daşkənddə (Özbəkistan) Asiya İnkişaf Bankının (AİB) illlik iclası keçiriləcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə AİB-in üzv ölkələrinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanı bu iclasda ölkənin maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayənədə heyətinin təmsil edəcəyi gözlənilir.

İclasda AİB-in ötən dövr ərzində regiondakı fəaliyyəti və gələcək planları, qlobal maliyyə böhranının Asiya reionuna təsiri və böhrandan sonrakı vəziyyət, Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə görəcəyi işlər və bu kimi digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda CAREC çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR