Azərbaycan Beynəlxalq Bankı üç beynəlxalq mükafata layiq görülüb
21 aprel 2010 10:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Britaniyanın «EMEA Finance» jurnalının «Best Sustainability Deal» mükafatına layiq görülüb. Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, mükafat bankın Azərbaycanda külək elektrik enerjisi istehsalı üzrə ilk «Yeni Yaşma» adlanan layihədə iştirakına görə verilib.
Xatırladaq ki, 118 mln. avro dəyərində olan bu layihə çərçivəsində məcmu gücü 50 MVt olan 20 külək stansiyasının tikintisi nəzərdə tutulur. Həmin layihədə ABB zamin kimi çıxış edir, əsas iştirakçılar isə «Societe Generale» və «Landesbank Berlin» banklarıdır.
Bundan başqa, həmin jurnal Şərqi və Mərkəzi Avropa və MDB regionlarında «Ən yaxşı bank» illik mükafatının yekunlarını açıqlayıb ki, burada ABB Azərbaycan üzrə ən yaxşı bank adına layiq görülüb.
Əlavə olaraq ABŞ-da dərc olunan «Global Finance» jurnalının «İnkişafda olan regionların ən yaxşı bankları» nominasiyasında ABB Azərbaycan üzrə mükafata layiq görülüb. Qeyd edək ki, bu, ABB-nin həmin nominasiyada 2000-ci ildən əldə olunan artıq 9-cu mükafatdır.

Maliyyə
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTO
18:31
6 sentyabr 2024
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1.5 mlrd. manata yaxınlaşıb
17:26
6 sentyabr 2024
Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir
13:46
6 sentyabr 2024
BDU-da fəaliyyətsiz tələbə yataqxanalarına görə işçilərə 280 min manat əmək haqqı ödənilib
13:11
6 sentyabr 2024