Bank Of Baku

«AccessBank» Gəncədə ikinci filialını açıb

«AccessBank» Gəncədə ikinci filialını açıb
# 21 aprel 2010 11:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «AccessBank» QSC-nin Gəncə şəhərində sayca ikinci filialı - «Nizami» filialı fəlaiyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın filiallarının ümumi sayı 24-ə çatıb. Gəncədə ikinci filialın açılışı bilavasitə birincinin uğurlu fəaliyyəti ilə əlaqədardır. Belə ki, beş ildən az bir müddətdə «Gəncə» filialı artıq bir filialda xidmət olunması imkansız olan müştəri bazası toplaya bilib. Hazırda, «AccessBank»ın Gəncə şəhərindəki filialında 11 mindən çox müştəriyə xidmət göstərilir.

«AccessBank»ın İdarə Heyətinin sədri Endryu Pospielovskinin sözlərinə görə, Gəncədə ikinci filial açmaqla bu şəhərdəki müştərilərə daha yaxşı xidmət göstərməyə nail olmaqdan məmnunuq: «Nizami» filialında həm fiziki, həm də hüquqi şəxslər üçün qeyri-kredit bank xidmətləri təklif olunur ki, bura hesabların və depozitlərin açılması, «Visa» plastik kartları, eləcə də istehlak kreditlərinin verilməsi, çoxsaylı pulköçürmə sistemləri və kassa ilə bağlı əməliyyatlar daxildir».

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR