Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı auditorun seçilməsi üçün tender keçirir

Azərbaycan Beynəlxalq Bankı auditorun seçilməsi üçün tender keçirir
# 22 aprel 2010 07:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) və onun törəmə müəssisələrinin 2010-cu ilin birinci yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına uyğun və Beynəlxlaq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi üçün açıq tender elan edib.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, tender prosedurası bu ilin iyun ayının 10-da ABB-nin inzibati binasında keçiriləcək. İddiaçılar tender teklifini və tender təklifinin bank təminatını bu ilin iyun ayının 8-dək, digər sənədləri isə cari ilin may ayının 27-dək təqdim edə bilərlər.

Qeyd edək ki, tenderdə iştirak haqqı 1000 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR