Bank Of Baku

BVF Azərbaycanda iqtisadi artım tempinin azalacağını proqnozlaşdırır

BVF Azərbaycanda iqtisadi artım tempinin azalacağını proqnozlaşdırır
# 22 aprel 2010 09:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu proqnoz BVF-nin dünya iqtisadiyyatı üzrə hazırladığı yeni icmalda göstərilib.

Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda ÜDM-in artım tempi 9,3%-ə bərabər olub. Maraqlıdır ki, cari və növbəti ildə bu göstəricinin bu dərəcədə kəskin azalması ilə bağlı BVF tərəfindən icmalda heç bir izah və ya şərh yoxdur.

Ümumilikdə, BVF-nin icmalında MDB ölkələrinin əsas makroiqtisadi göstəricisi üzrə proqnozlar aşağıdakı kimidir:

ÜDM-in artım tempi (%)

 

2009 (fakt)

2010 (proqnoz)

2011 (proqnoz)

Azərbaycan

9,3

2,7

0,6

Rusiya

-7,9

4,0

3,3

Ukrayna

-15,1

3,7

4,1

Qazaxıstan

1,2

2,4

4,2

Belarus

0,2

2,4

4,6

Türkmənistan

4,1

12,0

12,2

Özbəkistan

8,1

8,0

7,0

Gürcüstan

-4,0

2,0

4,0

Tacikistan

3,4

4,0

5,0

Qırğızıstan

2,3

4,6

5,3

Moldova

-6,5

2,5

3,6

Ermənistan

-14,4

1,8

3,0



Maraqlıdır ki, 2010-2011-ci illərdə bütün MDB ölkələrində iqtisadi artımın müşahidə olunacağı gözlənilir. Ən yüksək artım tempi hər iki ildə Türkmənistanda, ən aşağı isə bu il Ermənistanda, gələn il Azərbaycanda gözlənilir.

Qeyd edək ki, 2010-cu ilin ilk rübündə Azərbaycanda ÜDM-in artım tempi 5,4%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR