Bank Of Baku

«AGBank»ın aktivləri son bir ildə 17% artıb

«AGBank»ın aktivləri son bir ildə 17% artıb
# 22 aprel 2010 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 239,416 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 16,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 13,4% artaraq 119,069 mln. manat, o cümlədən əhalinin əmanətləri 23,2% artaraq 103,240 mln. manata, kredit portfeli 23,7% artaraq 191,885 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 9% artaraq 13,168 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 3,7% artaraq 32,553 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir ildə bankın gəlirləri 2,2% artaraq 9,934 mln. manata, xərcləri isə 39,6% artaraq 9,312 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 3,1 dəfə azalaraq 622 min manat olub. Bu müddət ərzində bankın işçilərinin sayı 13,5% artaraq 479 nəfər, orta aylıq əmək haqqı 31% artaraq 970 manat, müştərilərin sayı isə 8,4% artaraq 84 094-ə çatıb. O cümlədən, fiziki şəxslərin sayı 8,7% artaraq 79 723, hüquqi şəxslərin sayı isə 3,9% artaraq 4 371 olub.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 365 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR