Bank Of Baku

«Kapital Bank»ın aktivləri yanvar-mart aylarında 44% artıb

«Kapital Bank»ın aktivləri yanvar-mart aylarında 44% artıb
# 22 aprel 2010 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 492,318 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 44,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfelinin həcmi 79% artaraq 325,897 mln. manata, o cümlədən əhalinin əmanətləri 21,5% ataraq 150,576 mln. manata, kredit portfeli 60% artaraq 268,274 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 15,1% artaraq 71,641 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 1,9% artaraq 67,192 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 24 mln. manat olub.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 4,8% azalaraq 15,098 mln. manat, xərcləri isə 32,1% artaraq 11,926 mln. manata çatıb. Nəticədə, son bir ildə bankın mənfəəti 2,2 dəfə azalaraq 3,172 mln. manat olub.

Bundan başqa, bu dövr ərzində bankın işçilərinin sayı 2,9% azalaraq 2 218 nəfər, orta aylıq əmək haqqı isə 19,6% artaraq 580 manat təşkil edib. Bankın cəmi müştərilərinin sayı 15% artaraq 2 310 200-ə, o cümlədən fiziki şəxslərin sayı 15% artaraq 2 300 000-ə, hüquqi şəxslərin sayı isə 2% artaraq 10 200-ə çatıb.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 326 bankomatı və 411 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR