Bank Of Baku

Dünyada kreditləşmənin həcmi 2 trln. dollar azalıb

Dünyada kreditləşmənin həcmi 2 trln. dollar azalıb
# 22 aprel 2010 14:44 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il bütün dünya üzrə verilən kreditlərin həcmi 1,9 trln. dollar azalaraq 30,045 trln. dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə mərkəzi qərargahı Bazeldə yerləşən Beynəlxalq Hesablamalar Bankının statistik hesabatında bildirilir.

Ümumilikdə 2008-ci ilin sentyabrında qlobal iqtisadi böhran başlayandan bəri verilən kreditlərin həcmi 11% və ya 3,8 trln. dollar azalıb. Son 30 il ərzində isə bütün dünyada kreditləşmənin həcmi artıb. Qlobal kredit böhranı onun kəskin azalmağa başladığı ilk epizod olub. Bank aktivlərinin azalması ardıcıl beş rübdə qeydə alınıb ki, bu da rekord göstərici sayılır.

2009-cu ilin sentyabrında Beynəlxalq Valyuta Fondu dünya bank sisteminin kredit böhranından gördüyü zərəri 3,4 trln. dollar həcmində qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR