Bank Of Baku

«Parabank» regional xidmət şəbəkəsini genişləndirir

«Parabank» regional xidmət şəbəkəsini genişləndirir
# 22 aprel 2010 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin Bərdə rayonunda şöbəsi fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bərdə şöbəsi fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozitlərin cəlb edilməsi, istehlak, həmçinin biznes kreditlərinin verilməsi, «Visa» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, komunal xidmətlər, beynəlxalq sürətli pul köçürmələri («Western Union», «Contact», «Migom», «Privat Money», «Bıstraya poçta», «Caspian Money Transfer» sistemləri üzrə) və digər bank xidmətləri təqdim edir.

Bankdan bildirilib ki, yaxın günlərdə bankın Qaradağ, Şirvan, Şəki və Lənkəranda da filial və şöbələrinin açılması nəzərdə tutulub. Bununla da bankın filiallarının sayı 19-a çatdırılacaq.

Qeyd edək ki, bankın əsas məqsədi ölkənin bütün regionlarında və paytaxtda filial və şöbələrdən ibarət xidmət şəbəkəsini genişləndirməkdir.

Hazırda «Parabank»ın regionlarda 7, Bakı şəhərində isə 8 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR