Bank Of Baku

«NBC 17» depozit növü üzrə 1 mln. manatdan artıq vasait cəlb edilib

«NBC 17» depozit növü üzrə 1 mln. manatdan artıq vasait cəlb edilib
# 22 aprel 2010 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» ASC «NBC 17» depozit məhsulu üzrə cari ilin mart ayının 15-dən indiyədək 1 mln. manatdan artıq vasait cəlb edib.

Bankın baş ofisindən «APA-Economics»ə veriilən məlumata görə, cəlb olunan vasaitlərin 58%-i milli valyuta, 35%-i ABŞ dolları, 7%-i isə avroda yerləşdirilib. Əmanətçilərin çox qismi vasaitlərini 1 ildən 5 ilədək müddətinə yerləşdirməyə üstünlük verib.

Qeyd edək ki, cari ilin aprel ayının 1-nə banka fiziki şəxslər tərəfindən yerləşdirilən əmanətlərin həcmi 5 514 537 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4% çoxdur.

«NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,343 mln. manat, kredit portfeli 39,184 mln. manat, depozit portfeli 6,777 mln. manat, məcmu kapitalı 16,807 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR