Bank Of Baku

Bu ilin I rübündə «Expressbank»ın əsas maliyyə göstəriciləri kəskin artıb

Bu ilin I rübündə «Expressbank»ın əsas maliyyə göstəriciləri kəskin artıb
# 23 aprel 2010 07:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 139,951 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,1 dəfə artaraq 11,156 mln. manat, o cümlədən əhalinin əmanətləri 2,1 dəfə genişlənərək 10,900 mln. manat olub. Bankın kredit portfeli 75,3% artaraq 28,330 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 74% artaraq 11,940 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 2,3 dəfə artaraq 27,205 mln. manata, o cümlədən nizamnamə kapitalı 2,3 dəfə artaraq 25 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 2,5 dəfə artaraq 2,945 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 2,267 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 8,5 dəfə artaraq 0,678 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 4 filial açıb, 18 bankomat və 1 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın müştərilərinin sayı 147 dəfə artaraq 25 739-a, o cümlədən fiziki şəxslərin sayı 257 dəfə artaraq 25 460-a, hüquqi şəxslərin sayı isə 3,7 dəfə artaraq 279-a çatıb. Bu müdət ərzində bankın işçilərinin sayı 32,7% artaraq 146 nəfər, orta aylıq əmək haqqı isə 75% artaraq 700 manat təşkil edib.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 8 filialı, 20 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR