Bank Of Baku

«Xalq Bank» bu ilin I rübündə mənfəətini 39% artırıb

«Xalq Bank» bu ilin I rübündə mənfəətini 39% artırıb
# 23 aprel 2010 08:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 534,605 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 38,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5,4% artaraq 220,784 mln. manat, o cümlədən əhalinin əmanətləri 7,1% artaraq 174,479 mln. manat, kredit portfeli 38% artaraq 471,252 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,1 dəfə artaraq 12,949 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 33,5% artaraq 83,160 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 53,550 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 38,2% artaraq 13,693 mln. manat, xərcləri isə 37% artaraq 6,659 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 39,4% artaraq 7,034 mln. manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 28,7% artaraq 11 888, o cümlədən fiziki şəxslərin sayı 28,9% artaraq 10 597-ə və hüquqi şəxslərin sayı 27,1% artaraq 1 291-ə çatıb. Bankda çalışan işçilərin sayı 31,3% artaraq cari ilin aprel ayının 1-nə 348 nəfər olub.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 32 bankomatı və 48 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR