Bank Of Baku

Azərbaycanda nəqliyyat və poçt tarifləri martda 0,1% ucuzlaşıb

Azərbaycanda nəqliyyat və poçt tarifləri martda 0,1% ucuzlaşıb
# 23 aprel 2010 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda nəqliyyat və poçt tarifləri əvvəlki aya nisbətən 0,1% ucuzlaşıb, kecən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, telekommunikasiya üzrə tarif indeksləri cari ilin fevral ayına nisbətən 0,2%, kecən ilin müvafiq dövrünə nisbətən isə 12,2% ucuzlaşıb.

Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri 3,9% bahalaşıb, sərnişindaşıma tarifləri isə 4,3% ucuzlaşıb.

Dəniz nəqliyyatı vasitəsilə yükdaşıma və sərnişindaşıma tariflərində isə heç bir dəyişıklik olmayıb.

Hava nəqliyyatında yükdaşıma tariflərində də heç bir dəyişıklik olmayıb, sərnişindaşıma tarifləri isə 4,1% ucuzlaşıb.

Hesabat ayında boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,1% ucuzlaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,1% ucuzlaşıb, sərnişindaşıma tariflərində isə heç bir dəyişiklik olmayıb.

İnternet tariflərinin 4,8% ucuzlaşması, telekommunikasiya tariflərinin 0,2% aşağı düşməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR