Bank Of Baku

İslam İnkişaf Bankının Azərbaycana sərmayələri son bir ildə 2 dəfə artıb

İslam İnkişaf Bankının Azərbaycana sərmayələri son bir ildə 2 dəfə artıb
# 23 aprel 2010 09:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 1 749,2 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq aylarına nisbətən 2 dəfə çoxalıb. Hesabat ayında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin investisiyalarının xüsusi çəkisi 0,4% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 12 layihənin icrası üçün 422,6 mln. ABŞ dolları məbləğində vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR