Bank Of Baku

Oktyabrda Bakıda beynəlxalaq mikromaliyyə konfransı keçiriləcək

Oktyabrda Bakıda beynəlxalaq mikromaliyyə konfransı keçiriləcək
# 23 aprel 2010 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşəbbüsü ilə 2010-cu ilin oktyabr ayında Bakıda V Azərbaycan Beynəlxalaq Mikromaliyyə Konfransı keçiriləcək.

AMA-nın şəbəkə koordinatoru Vüsalə Qarayevanın «APA-Economics»ə verdiyi məlumata görə, AMA-nın üzv təşkilatları arasında keçirilən sorğunun nəticəsi olaraq üzvlərin 66%-i konfransın keçirilməsi ilə bağlı sorğuya müsbət cavab verib, 31%-i isə konfransın həyata keçirilməsi üçün maliyyə yardımı göstərməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, konfransa beynəlxlaq maliyyə qurumlarının nümayəndələri də qatılacaq.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR