Bank Of Baku

«DəmirBank»ın veb-saytı vasitəsilə plastik kart sahibləri onlayn ödənişlər apara bilər

«DəmirBank»ın veb-saytı vasitəsilə plastik kart sahibləri onlayn ödənişlər apara bilər
# 23 aprel 2010 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC internet saytı vasitəsilə bütün plastik kart sahiblərinə kommunal, rabitə, internet provayder, kabel TV, sığorta və digər xidmətləri onlayn ödəmək imkanı təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, veb-sayt vasitəsi ilə onlayn ödənişləri həyata keçirilmək üçün istənilən bankın «Visa» və ya «MasterCard» plastik kart sahiblərinə http://www.demirbank.az/?/az/goldenpay/ səhifəsinə daxil olmaq və müvafiq ödəniş xidmətini seçmək kifayətdir.

«DəmirBank»ın internet saytı vasitəsi ilə kommunal («Bakıelektrikşəbəkə»), mobil rabitə («Azerfon-Vodafone», «Bakcell», «Nar Mobile»), stasionar telefon (BTRİB, «Aztelekom»), internet provayderlər («Adanet», «Avirtel», «Azdatacom», «Azstarnet», «Bakinternet», «Connect», «Provayder.az»), kabel televiziyası («B&B TV», «Connect TV»), sığorta xidmətləri («AzSığorta», «MBASK»), xeyriyyəçilik (Leykemiya ilə Mübarizə İctimai Birliyi, «SOS Uşaq Kəndləri») və digər (Tələbə Qəbulu Dövlət Komissiyası) xidmətlərin ödənişlərini etmək mümkündür.

Yaxın gələcəkdə «DəmirBank»ın saytında ödənişlər siyahısına «Fonex», «Catel», «Azəriqaz», «Azərsu» və digər şirkətlərin xidmətlərinin də əlavə edilməsi gözlənilir.

Onlayn ödənişlər «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş «GoldenPay» internet ödəmə sistemi vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR