Bank Of Baku

Melli İran Bankının Bakı filialı son bir ildə aktivlərini 24% artırıb

Melli İran Bankının Bakı filialı son bir ildə aktivlərini 24% artırıb
# 23 aprel 2010 12:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 37,299 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 24,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 23,1% azalaraq 3,572 mln. manat, o cümlədən əhalinin əmanətləri 9,2% azalaraq 1,818 mln. manat olub. Bankın kredit portfeli 58,5% artaraq 9,456 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 3,5% artaraq 4,529 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 33,8% artaraq 15,157 mln. manat, o cümlədən nizamnamə kapitalı 40% artaraq 14,017 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 45,4% artaraq 1,066 mln. manat, xərcləri isə 45% artaraq 1,040 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 69% artaraq 0,027 mln. manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 13,8% artaraq 8 695-ə, o cümlədən fiziki şəxslərin sayı 14,4% artaraq 8 296-a, hüquqi şəxslərin sayı isə 2,3% artaraq 399-a çatıb. Həmçinin, bankın işçilərinin sayı 4% artaraq 26 nəfər, orta aylıq əmək haqqı 25% artaraq 1 236 manat təşkil edib.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR