Bank Of Baku

«Nikoil Bank»ın əsas maliyyə göstəriciləri kəskin azalıb

«Nikoil Bank»ın əsas maliyyə göstəriciləri kəskin azalıb
# 23 aprel 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 198,011 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 31,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 0,4% azalaraq 54,771 mln. manat, o cümlədən əhalinin əmanətləri 45,361 mln. manat, kredit portfeli 14,3% azalaraq 138,897 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 26% azalaraq 60,742 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 3,7% azalaraq 29,877 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,500 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 39% azalaraq 6,926 mln. manat, xərcləri isə 28% azalaraq 6,846 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 22,5 dəfə azalaraq 0,080 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil Bank» ASC 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 13 filialı, 24 bankomatı və 60 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR