Bank Of Baku

«Aqrolizinq» ASC nizamnamə kapitalını 2 dəfə artırır

«Aqrolizinq» ASC nizamnamə kapitalını 2 dəfə artırır
# 23 aprel 2010 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Aqrolizinq» ASC adi sənədsiz adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı Bakı Fond Birjasına (BFB) müraciət edib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 7,5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 15 mln. manat təşkil edir.

«Aqrolizinq» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Standard Kapital» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 30 mln. manata çatacaq.

Qeyd edək ki, «Aqrolizinq» ASC 2004-cü ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR