Bank Of Baku

Yunanıstan Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan rəsmən kömək istəyib

Yunanıstan Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan rəsmən kömək istəyib
# 23 aprel 2010 14:27 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan hökuməti Avropa İttifaqına (Aİ) və Beynəlxalq Valyuta Fonduna (BVF) rəsmən müraciət edərək, kredit dəstəyi mexanizmini işə salmağı xahiş edib.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, bunu milli televiziya ilə çıxışında Yunanıstanın baş naziri Georgios Papandreu bildirib.

Qeyd edək ki, Aİ-nin “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu hazırda 300 mlrd. dolları ötüb və ÜDM-in həcmindən artıqdır. Bu ilin aprel ayının əvvəlində Aİ və BVF Yunanıstana 40-45 mlrd. avro həcmində kredit ayırmaq barədə razılığa gəlib. Kredit illik 5%-lə və 3 il müddətinə ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR